Millimizin sabiq futbolçusu “Hapoel”də

millimizin-sabiq-futbolcusu-hapoelde
Oxunma sayı: 1015

İsrailin “Makkabi” (Petah-Tikva) komandasından ayrılan Azərbaycan millisinin və “Sumqayıt”ın sabiq futbolçusu Əli Babayevin yeni klubu müəyyənləşib.

"Qafqazinfo" xəbər verir ki, o, “Hapoel” (Ramat-Qan) klubuna keçib. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

31 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 1.5 illik müqavilə imzalayıb. Təcrübəli oyunçu daha əvvəl İsrail mətbuatına açıqlamasında yenidən “gənclik şəhəri” təmsilçisinə qayıda biləcəyini istisna etməmişdi.

Qeyd edək ki, 2018-ci ildə “Sumqayıt”da çıxış etmiş Əli Babayev Azərbaycan millisinə də dəvət alıb.