Millimizin sabiq üzvü evləndi - Fotolar

millimizin-sabiq-uzvu-evlendi
Oxunma sayı: 1849

“Səbail”in futbolçusu Ruslan Əmircanov subaylıqla vidalaşıb.

“Qafqazinfo” xəbər verir ki, bu gün 33 yaşlı futbolçunun Bakıdakı restoranlardan birində toy mərasimi baş tutub.

Mərasimdə R.Əmircanovun dostları, yaxınları və futbol ictimaiyyətinin üzvləri iştirak ediblər.

Qeyd edək ki, Ruslan Əmircanov müxtəlif vaxtlarda “Neftçi”, “İnter”, “Qəbələ”, AZAL və milli komandamızın formasını geyinib.