Millimizin sabiq üzvü “Sumqayıt”a qayıtdı

millimizin-sabiq-uzvu-sumqayita-qayitdi
Oxunma sayı: 721


Pərdis "Sumqayıt"da 17 nömrəli formanı geyinəcək. Yeni müqavilə ilə bağlı 26 yaşlı futbolçu klubun rəsmi saytına açıqlama verib:

"Bildiyiniz kimi, dizimdəki zədə ilə bağlı ağır əməliyyat keçirməli olmuşdum. Artıq 6 aylıq dövr arxada qalıb. Özümü əla hiss edirəm. 2 həftədir ki, "Sumqayıt"la hazırlaşıram. Bu gün isə yeni müqavilə imzalamışam. Özümü çempionata tam hazır sayıram".

Qeyd edək ki, Pərdis Fərcad-Azad 2013/2014 mövsümündə "Sumqayıt"ın heyətində Premyer Liqada 24 qarşılaşmada 1874 dəqiqə meydanda olub və 6 qola imza atıb.