Millimizin sabiq üzvü Türkiyәdәn qovuldu

millimizin-sabiq-uzvu-turkiydn-qovuldu
Oxunma sayı: 1728


Mənbədə qeyd olunur ki, hücumçunun çıxışı Türkiyə PTT 1-ci Liqası təmsilçisini qane etmir. Bu səbəbdən də serb əsilli formardın adı ötən turdakı "Dənizlispor" matçının protokoluna salınmayıb.

Belə ki, cari mövsümdə 30 qarşılaşmada 2180 dəqiqə meydanda olan Subaşiç cəmi 3 dəfə rəqib qapılarına yol tapa bilib. Belə zəif çıxışdan sonra 33 yaşlı oyunçunun komandadan göndəriləcəyi gözlənilir. 

Qeyd edək ki, Subaşiç cari mövsüm əvvəlində digər 1-ci liqa təmsilçisi “Orduspor”dan “Manisaspor”a keçmişdi.