Millimizin sabiq üzvü Türkiyə klubuna keçdi

millimizin-sabiq-uzvu-turkiye-klubuna-kecdi
Oxunma sayı: 1301

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü Katerina Jidkovanın yeni klubu müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, o, Türkiyənin “Muratpaşa Belediyespor” klubuna transfer olunub.

Qeyd edək ki, millimizin Ukrayna əsilli sabiq üzvü vaxtilə Bakının “Lokomotiv”, “Azərreyl” və “Azəryol” kimi klublarında çıxış edib. O, Türkiyədə “Nilüfer Belediyespor” və “Sarıyer Belediyesi” klublarının da şərəfini qoruyub. 32 yaşlı Katerina, son olaraq İtaliya liqasında çıxış edib.