Millimizin üzvü Almaniya klubu ilə müqavilə imzaladı

millimizin-uzvu-almaniya-klubu-ile-muqavile-imzaladi
Oxunma sayı: 1966

Futbol üzrə 19 yaşlılardan ibarət Azərbaycan yığmasının üzvü Barış Ekincier bu gün klubu "Bohum"la yeni müqavilə imzalayıb.  

“Qafqazinfo” xəbər verir ki, ötən ilin yayında "Essen"dən transfer edilən və ilk 1 ili klubun U-19 komandasında keçirən Ekincier bundan sonra əsas kollektivə cəlb ediləcək.  19 yaşlı futbolçunun "Bohum"la müqavilə müddəti 2020-ci ilin yayına qədər nəzərdə tutulub.   

Qeyd edək ki, Barış Ekincier 19 yaşlılardan ibarət milli komandamızın heyətində 8 oyun keçirib.