Millimizin üzvü Almaniya klubundan ayrılır?

millimizin-uzvu-almaniya-klubundan-ayrilir
Oxunma sayı: 1602

Almaniya 2-ci Bundesliqa təmsilçisi Erzgebirgedə çıxış edən millimizin üzvü Dmitri Nazarov Aue təmsilçisindəki gələcəyi haqda danışıb.

“Qafqazinfo” “TAG24”ə istinadən xəbər verir ki, o, klubdan ayrıla biləcəyini istisna etməyib:

“Hələ heç kimlə heç nə ilə əlaqədar danışmamışam. Mən çox nikbin insanam və həmişə ayağa qalxacağımıza inanmışam. İki gün özümü silkələyib, ailəmlə danışacağam. Görək, nə etmək mümkündür. Klub rəhbərliyi ilə də söhbətim olacaq”.