Millimizin üzvü “Anderlext”də

millimizin-uzvu-anderlextde
Oxunma sayı: 1820

Futzal üzrə Azərbaycan millisinin üzvü Rafael Vilela karyerasını Belçika çempionu “Anderlext”də davam etdirəcək.

“Qafqazinfo” xəbər verir ki, 30 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb. Vilela son mövsümü Rusiyanın “Tümen” komandasında keçirib.

Qeyd edək ki, “Anderlext”də Azərbaycan millisinin daha bir üzvü – Eduardo Borges də çıxış edir. Komanda mayda UEFA Çempionlar Liqasının “Dördlər finalı”nda iştirak edib. Növbəti dəfə Belçika çempionu olan “Anderlext” 2023-24-cü il mövsümündə də Çempionlar Liqasında Belçikanı təmsil edəcək.