Millimizin üzvü Avropanın ən yaxşısı seçildi

millimizin-uzvu-avropanin-en-yaxsisi-secildi
Oxunma sayı: 2182

Avropada minifutbol üzrə ilin ən yaxşı oyunçuların adları açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, siyahıda azərbaycanlı futbolçu da var.

Belə ki, minifutbol üzrə milli komandamızın üzvü Vüsal İsayev 2024-cü ildə Avropanın ən yaxşı müdafiəçisi seçilib.

Qeyd edək ki, Vüsal İsayev Azərbaycan çempionu “Birbaşa Bakı” klubunun üzvüdür.