Voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının üzvü Marqarita Əzizova Belarusun “Minçanka” klubuna transfer olub. “Qafqazinfo” xəbər verir ki, bu barədə klubun feysbuk səhifəsi məlumat yayıb.
Əzizova 2020/2021-ci illərdə bu komandada oynayacaq.
Oyunçumuz keçidi barədə fikirlərini də açıqlayıb: “Bu komandada oynamaq istəyirdim. Hər zaman çıxışları izləmişəm. Rusiya çempionatında oynamaq böyük təcrübə olacaq”.
Qeyd edək ki, “Minçanka” Rusiya çempinatında mübarizə aparır.
Son xəbərlər
Son Xəbərlər