Millimizin üzvü Hollandiyada ilk qolunu vurdu - Video

millimizin-uzvu-hollandiyada-ilk-qolunu-vurdu
Oxunma sayı: 3256

Hollandiya Birinci Divizionunda 34-cü turun oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, U-21 millimizin futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi “Valveyk” səfərdə “Oss” ilə qarşılaşıb və 1:3 hesabıyla uduzub.

Kökcü oyuna start heyətdə başlayıb və sonadək oynayıb. Millimizin üzvü 3-cü dəqiqədə komandasının yeganə qoluna imza atıb.

“Valveyk” hazırda 29 xalla 20 klub arasında 19-cu pillədə qərarlaşıb.