Millimizin üzvü İspaniya klubuna keçdi

millimizin-uzvu-ispaniya-klubuna-kecdi
Oxunma sayı: 2560

Azərbaycan milli komandasının və “Araz” klubunun futzalçısı Everton Kardoso karyerasını İspaniyada davam etdirəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyanın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 31 yaşlı müdafiəçi “Levante” ilə anlaşıb.

Qeyd edək ki, 2016-cı ilin yayında “Araz”a cəlb edilən Qallo ləqəbli futzalçı indiyə qədər 10 rəsmi oyunda millimizin də formasını geyinib.