Millimizin üzvü Niderland klubunda debüt etdi

millimizin-uzvu-niderland-klubunda-debut-etdi
Oxunma sayı: 1254

“Sabah”dan “Telstar”a keçən Ozan Can Kökçü yeni klubunda debüt edib.

“Qafqazinfo” xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi Niderland 2-ci liqasının 21-ci turu çərçivəsində “Alkmaar”ın gənclərdən ibarət komandasına qarşı keçirilən görüşdə iştirak edib.
 
Ozan, 67-ci dəqiqədə İlias Bronxorstun yerinə meydana daxil olub və sona qədər oynayıb. Qarşılaşma 2:2 hesablı bərabərliklə bitib.