Millimizin üzvü oynadı, komandası qalib gəldi

millimizin-uzvu-oynadi-komandasi-qalib-geldi
Oxunma sayı: 2939

Polşa çempionatında 25-ci turun oyunları keçirilib.

"Qafqazinfo" xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi “Visla” (Plotsk) səfərdə “Yagelloniya” ilə qarşılaşıb.

Antonun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0. Krivotsyuk da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Müdafiəçi 48-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Visla” 25 turdan sonra 36 xalla 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.