Millimizin üzvü qovuldu, oyun yarımçıq dayandırıldı

Millimizin üzvü qovuldu, oyun yarımçıq dayandırıldı
Oxunma sayı: 1032

Futbol üzrə İspaniya 2-ci liqasında 20-ci turun oyunları keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” də növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə “Rayo Valyekano” ilə qarşılaşıb. Amma bu matç yarıda qalıb. Belə ki, ilk hissənin sonlarında, hesab 0:0 olarkən “Albasete”nin ukraynalı hücumçusu Roman Zozulya yerli fanatlar tərəfindən təhqir olunub, faşist şüarları səsləndirilib. Bunu görən matçın baş hakimi oyunun təxirə salınmasına qərar verib.

İsrafilov da bu oyunun iştirakçısı olub. Amma maraqlıdı ki, matç dayandırılmazdan öncə, 45+4-cü dəqiqədə birbaşa qırmızı vərəqə alan millimizin üzvü meydandan qovulub.

“Albasete” hazırda 27 xalla 22 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi