Hollandiya I Divizionunda çııxış edən "Valveyk" U-21 millimizin üzvü Ozan Can Kökcüylə bağlı qərar verib.
“Qafqazinfo” xəbər verir ki, "Valveyk" "Bursaspor"dan icarəyə götürdüyü futbolçunu mövsümün sonunda geri göndərəcək. "Valveyk" Kökcünün icarə müddətini uzatmaq niyyətində deyil və vinger Bursa təmsilçisinə geri dönəcək. Məlumatı Hollandiya mətbuatı tirajlayıb.
Qeyd edək ki, "Valveyk" 19 yaşlı yarımmüdafiəçini qış fasiləsində 6 aylıq icarəyə götürüb.
Son xəbərlər
Son Xəbərlər