Millimizin üzvü Türkiyədə qalmaqal yaratdı

millimizin-uzvu-turkiyede-qalmaqal-yaratdi
Oxunma sayı: 1891

Azərbaycan voleybol milli komandasının üzvü Odina Bayramovanın menecerinin Türkiyənin “İdmanocağı” klubunu aldatdığı bildirilir.

Qafqazinfo” xəbər verir ki, “Halkbank” klubuna transfer olunan 26 yaşlı voleybolçunun bu kluba keçidi də qalmaqala səbəb olub. “İdmanocağı” klubu bildirib ki, Bayramova bu komandaya keçidə razılıq verib. Amma sonradan fikrini dəyişib.

“İdmanocağı” klubunun rəsmiləri müsbət cavab alınca bunu voleybolçudan da təsdiqini eşitmək istəyiblər. Amma onun meneceri Özləm Özçelik voleybolçunun millinin düşərgəsində olduğunu bildirərərək, sonra açıqlama verəcəyini deyib.

Sonrada klub rəsmiləri öyrənir ki, Odina “Halkbank” klubuna keçib. “İdmanocağı”ndan bildiriblər ki, Özçeliklə əlaqə saxlayıblar və menecerin onlara şər atıb: “O, bizə şərt atı və klubumuzu alçaltdı. Bizdə maaş gecikmələri var, amma digər klublara nisbətən azdır”.

Menecerin işlədiyi “Sixteen” şirkəti isə klubu günahlandırıb: “Günah klubdadır. Çünki “İdmanocağı” voleybolçu ilə təktərəfli müqavilə imzalayıb”.