Millimizin üzvündən ilk peşəkar müqavilə

millimizin-uzvunden-ilk-pesekar-muqavile
Oxunma sayı: 1750

Azərbaycan millisinin sabiq üzvü Rüfət Dadaşov ilk peşəkar müqaviləsini imzalayıb. “Qafqazinfo” xəbər verir ki, 26 yaşlı forvard 3-cü Bundesliqa klubu “Proyssen”lə anlaşıb. 

Dadaşov iki illik müqaviləyə qol çəkib. 

Şimal Şərq Regional Liqasında 24 matçda 23 qol vuraraq bombardier olan futbolçu mövsümün sonunda hazırda məxsus olduğu “Dinamo”dan ayrılacaq. Müqaviləsi başa çatacaq oyunçu Münster təmsilçisinə pulsuz keçəcək. 

Dadaşov özü də yeni müqaviləsi haqqında danışıb: “Baş məşqçi və idman direktoru Malter Metzelder mənə inanır. Ümid edirəm ki, burda da alınacaq”

Malte Metzelder də Dadaşov haqqında fikirlərini açıqlayıb: “Yaxşı oyunu sayəsində o diqqət cəlb edə bildi. Onun əla qol duyumu var”.