Millimizin üzvünün maaşı açıqlandı - Ayda 25 min qazanacaq

millimizin-uzvunun-maasi-aciqlandi
Oxunma sayı: 721

Hollandiyanın “Feyenoord” klubundan Türkiyənin “Bursaspor” klubuna transfer olunan Azərbaycan millisinin üzvü Ozan Can Kökçünün aylıq maaşı açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, növbəti mövsüm üçün “ağ-yaşıllar”ın heyətinə qoşulacaq gənc oyunçu ayda 25 min türk lirəsi (11 667 manat) qazanacaq. 

Bu barədə məlumatı “timsahlar”ın prezidenti Ali Ay verib: “Biz bu futbolçu üçün “Feyenoord”a ödəniş etməyəcəyik. Çünki Hollandiya klubu ilə məsələləri yoluna onun atası qoyub. Sadəcə Köcüyə aylıq 25 min türk lirəsi maaş verəcəyik. Həm də bnonuslar qazanacaq”.