Futbol üzrə Belçika yığmasının baş məşqçisi Roberto Martines millidəki işini daha iki il davam etdirəcək.
"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, Belçika Futbol Federasiyası 46 yaşlı mütəxəssislə yeni müqavilə barədə razılığa gəlib.
Federasiyanın bu barədə tezliklə rəsmi açıqlama yayacağı gözlənilir.
Qeyd edək ki, Roberto Martines 2016-cı ildən Belçika yığmasına rəhbərlik edir. Onun rəhbərliyi altında bu komanda DÇ-2018-in bürünc medallarını qazanıb.
Son xəbərlər
Son Xəbərlər