Millinin baş məşqçisi istefa verdi

millinin-bas-mesqcisi-istefa-verdi
Oxunma sayı: 1662

Şimali İrlandiya millisinin baş məşqçisi Martin O'Nil istefa verib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Şimali İrlandiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, komanda Avro-2020-yə vəsiqə qazanmaq üçün pley-off oyunları keçirməli idi. Ancaq koronavirus səbəbindən bu matçlar təxirə salınıb. Tərəflər bu ərəfədə əməkdaşlığa son verməyə qərar verib.