Millinin ən yaxşıları: Riçard, Bədavi, Qara...

millinin-en-yaxsilari-ricard-bedavi-qara
Oxunma sayı: 1343

Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsindəki ilk 3 oyunundan sonra yığmanın ən yaxşıları açıqlanıb.

"Qafqazinfo" xəbər verir ki, UEFA-nın saytında dərc olunan statistikaya görə, komandanın ən yaxşısı Riçard Almeydadı. O, 425 xalla ümumi sıralamanın 186-cısıdı. Millinin seçmə mərhələsindəki 3 qolundan ikisinin müəllifi olan Ramil Şeydayevin 422 xalı var və o, komandada 2-ci, ümumi cədvəldə 188-ci pillədə qərarlaşıb. İlk "3-lüy"ü Bədavi Hüseynov qapayır. Təcrübəli müdafiəçi 350 xalla 276-cı yerdədi.

ilk "5-liy"in növbəti yerləri də "Qarabağ"lılara məxsusdu. Yarımmüdafiəçi Qara Qarayev 4-cü, Macarıstanla görüşdə yeganə qolumuzun müəllifi olan Mahir Əmrəli isə 5-cidi.

Maraqlıdı ki, millinin son oyunlardakı uğursuz nəticələrinə görə ən çox Riçard Almeyda, Bədavi Hüseynov və Qara Qarayev tənqid olunub. Ancaq hesablamalara görə onlar bu matçlarda yüksək performans göstəricilərinə malik olublar.