Millinin ilkin heyəti açıqlandı

millinin-ilkin-heyeti-aciqlandi
Oxunma sayı: 2528

UEFA Millətlər Liqasındakı oyunlara hazırlıq məqsədilə mayın 24-dən 27-dək Azərbaycan milli komandasının Bakıda təşkil olunacaq ilkin təlim-məşq toplanışına dəvət olunan futbolçuların siyahısı müəyyənləşib.

“Qafqazinfo” AFFA-nın saytına istinadən xəbər verir ki, yığmamızın iyunun 3-də, 6-da, 10-da və 13-də keçirəcəyi oyunlar üçün hələlik 15 futbolçuya dəvət göndərilib.

Azərbaycan kubokunun mayın 27-də keçiriləcək "Qarabağ" - "Zirə" final matçı ilə bağlı bu komandanın futbolçuları ilkin hazırlıq prosesinə çağırılmayıblar.

Qapıçılar: Səlahət Ağayev ("Sabah"), Emil Balayev ("Turan", Qazaxıstan), Rəşad Əzizli ("Səbail")

Müdafiəçilər: Höccət Haqverdi, ("Sumqayıt"), Anton Krivotsyuk ("Visla", Polşa), Azər Salahlı ("Neftçi"), Bəxtiyar Həsənalızadə ("Sabah")

Yarımmüdafiəçilər: Eddi İstafilov, Emin Mahmudov (hər ikisi "Neftçi"), Aleksey İsayev ("Sabah"), Anatoli Nuriyev ("Sumqayıt"), Dmitri Nazarov ("Erzgebirge" Almaniya), Namik Ələskərov ("Bursaspor" Türkiyə)

Hücumçular: Renat Dadaşov ("Tondel" Portuqaliya), Mahir Emreli ("Dinamo" Zaqreb, Xorvatiya)