Millinin üzvü Ukrayna klubunda

millinin-uzvu-ukrayna-klubunda
Oxunma sayı: 656

Azərbaycan millisinin üzvü Pavel Paşayevin yeni klubunun adı dəqiqləşib.

“Qafqazinfo” xəbər verir ki, Paşayevin yeni komandası Ukraynanın “Aleksandriya” klubu olub. Artıq onun  yeni klubu ilə rəsmi müqavilə imzaladığı bildirilib. Ancaq müqavilənin detalları barədə məlumat verilməyib.

Yığmanın üzvününü son klubu Ukraynanın “Stal” komandası olub.

Qeyd edək ki, “Aleksandriya” Avropa Liqasının III təsnifat mərhələsində “Zirə”nin potensial rəqibidir. Belə ki, “Zirə” “Astra”nı keçəcəyi halda, məhz Pavel Paşayevin yeni klubu ilə qarşılaşacaq.