Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli Avro-2024-ün seçmə mərhələsinin Estoniya ilə matçından öncə mətbuat konfransında iştirak edib.
“Qafqazinfo” xəbər verir ki, 26 yaşlı forvard sabah meydanda əlindən gələni edəcəyini bildirib:
“Bu sezon mənim üçün bir az ağır keçdi. Mövsümün ikinci yarısında durumu toparlaya bildim. İstər-istəməz çempionatın son oyununda qazanılan nəticə bizə milliyə yaxşı əhval-ruhiyyədə gəlməyə kömək oldu. Klubda vəziyyət yaxşı getməsə də, millidə var gücünlə oynamalısan. O psixologiya ilə də gəlmişəm. Sabah meydana çıxıb əlimdən gələni edəcəyəm”.
Həmçinin oxuyun: В день “Последнего звонка” он получил лишь звонок с заказом... - Видео
Son xəbərlər
Son Xəbərlər