“Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, məlumatı TASS agentliyi yayıb. Miloş Zeman Moksvaya getmək planını “Frekvence1” radiostansiyasına müsahibədə bildirib.
“Mən ora bizim ölkəmizdə almanca danışmağa məcbur olmadığımız, “Hayl Hitler” deməli olmadığımız üçün minnətdarlıq əlaməti olaraq gedirəm. Sovet İtttifaqı olmadan Hitleri məğlum etmək mümkün olmazdı. Bunun dəyəri - həlak ilan 20 milyon sovet vətəndaşıdır”, - Miloş Zeman deyib.
Son xəbərlər
Son Xəbərlər