ABŞ-da Respublikaçılar partiyasından prezidentliyə namizədliyini irəli sürmüş milyarder Donald Tramp ölkədə bütün məscidlərdə axtarış aparmağı təklif edib.
“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Tramp “Fox and Friends” telekanalına intervyusunda bildirib.
“Biz kim nə deyir desin, məscidlərin yoxlanması məsələsində çox ciddi addımlar atmalıyıq”, - Tramp söyləyib.
Donald Tramp “CNN” telekanalına açıqlamasında müsəlman cəmiyyətinin üzvlərini Orlandoda qətliamı törədən Ömər Mətinlə tanışlıqda imtina edib. Onun sözlərinə görə, müsəlmanlar hüquq-mühafizə orqanlarına bu barədə məlumat verməyiblər və qətliamın günahkarları həm də onlardır.
Xatırladaq ki, ABŞ-ın Florida ştatının Orlando şəhərində gecə klubunda törədilən terror aktı nəticəsində 50 nəfər ölüb, 53 nəfər yaralanıb. İnsanlara atəş açan Ömər Mətin polislə atışma zamanı öldürülüb.
"Pulse" gecə klubu qeyri-ənənəvi oriyentasiyaya malik insanların toplaşdığı məkan olub.
Son xəbərlər
Son Xəbərlər