Milyarderə 13 il həbs cəzası verildi

milyardere-13-il-hebs-cezasi-verildi
Oxunma sayı: 3619

Çində çinli-kanadalı milyarder, “Tomorrow Holding” konqlomeratının təsisçisi Xiao Jianhua maliyyə maxinasiyalarına görə 13 il müddətinə azadlıqdan məhrum edilib.

“Qafqazinfo” “Penpay” informasiya resursuna istinadən xəbər verir ki, müvafiq qərarı Şanxay məhkəməsi verib.

Məhkəmə “Tomorrow Holding”i ölkənin maliyyə qanunvericiliyinin çoxsaylı pozuntularına görə 55,03 milyard yuan (8,09 milyar dollar) məbləğində cərimələk qərarı verib. Milyarderə 6,5 milyon yuan (955,8 min dollar) məbləğində cərimə təyin olunub.

Dinləmələr zamanı sübuta yetirilib ki, Xiao Jianhua yerli qanunları dəfələrlə pozub, ictimai vəsaitlərdən külli miqdarda pul mənimsəyib, bazarda qiymətli kağızlarla maxinasiyalar həyata keçirib və onun nəzarətində olan şirkətlərin aktivlərini qanunsuz olaraq mənimsəyib.