Milyarderin azərbaycanlı sevgilisinin lüks həyatı- - Yenilənib+Fotolar

milyarderin-azerbaycanli-sevgilisinin-luks-heyati-
Oxunma sayı: 19879


“Qafqazinfo”nun məlumatına görə, Türkiyə mediasının gündəmində sevgili qalmaqallarında adı hallanan şəxslərdən biri  də Ali Ağaoğludur. 

Bu dəfə Ali Ağaoğlu yox, onun oğlu Alican Ağaoğlunun azərbaycanlı sevgilisinin lüks həyatı gündəmi zəbt edib. Bahalı maşınlar, Bakının mərkəzində yerləşən 5 ulduzlu hoteldə dairə, yaxtalar, brend geyimlər və.s kimi mal varlıqlarına sahib olan azərbaycanlı model Aysel  Məmmədova sosial şəbəkədə fenomenə çevirilib. 

Türkiyədə Alican Ağaoğlu ilə tanış olan, bir müddətdir sevgi münasibəti yaşayan həmyerlimiz Rusiyanın Moskva şəhərində daha çox tanınıb. O, müqavilə əsasında məşhur model agentliyi “Face of future” ilə çalışıb.  

***

Alican Ağaoğlu ilə adı hallanan azərbaycanlı model Aysel  Məmmədova “Qafqazinfo” ilə əlaqə saxlayaraq məsələyə aydınlıq gətirib. 

O, Alican Ağaoğlu ilə dostluq münasibətlərinin olduğunu bildirib:

“Bu xəbər sosial şəbəkədə paylaşdığım bir fotoya görə yayılıb. O fotonu evlərindəki yığıncaqda çəkdirmişəm. Çox yaxşı insandı. Bir daha qeyd edirəm ki, biz sadəcə dostuq, sevgi münasibətimiz yoxdur”.