Milyarderin Baskova verdiyi lüks ev - Fotolar

milyarderin-baskova-verdiyi-luks-ev
Oxunma sayı: 3287

Rusiya və Ukraynanın Xalq artisti Nikolay Baskova milyarder tərəfindən ev hədiyyə olunub. “Qafqazinfo” xəbər verir ki, Moksvanın Preçistenski küçəsində yerləşən mənzilin qiyməti 750 milyon rubldur (17 milyon manatdan çox).

300 kvadrat metr sahəsi olan mənzil görünüşcə kiçik sarayı xatırladır. Evin dizaynı ilə Valentin Yudaşkin məşğul olub.

Baskov iş qrafikinin sıx olması ilə bağlı evində vaxt keçirə bilmir. Mülk boş qaldığı halda onu icarəyə verir.

Sənətçiyə sözügedən evi bağışlayan şəxsin kimliyi mətbuata açıqlanmır. Qeyd olunub ki, iş adamı Xalq artistinin pərəstişkarıdır.

Xatırladaq ki, N. Baskovun Türkiyənin Antalya şəhərində də saray üslubunda bir villası var.