“Milyonçu”nun aparıcısının həyətindən insan skeleti tapıldı - Fotolar

milyoncunun-aparicisinin-heyetinden-insan-skeleti-tapildi
Oxunma sayı: 2833

“Kim milyonçu olmaq istəyər” verilişinin alman aparıcısı Qunter Yauxun villasında inşaat işləri zamanı evin həyətindən insan skeleti tapılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 30 santimetr dərinliyə basdırılmış insan cəsədinin qalıqları tibbi ekspertizaya göndərilib.

Skeletin Sovet ordusunun əsgərinə aid olduğu ehtimal edilir.