Milyoner bloqqer motosiklet qəzasında öldü

milyoner-bloqqer-motosiklet-qezasinda-oldu
Oxunma sayı: 6962

Rusiyanın tanınmış milyoner bloqqeri Anastasiya Tropitsel dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, 18 yaşlı fenomen İndoneziyanın Bali adasında həyatını itirib.

Polisin məlumatına əsasən, o, motosiklet qəzasında ağır yaralanıb. Xəstəxanaya yerləşdirilən Anastasiyanın həyatını xilas etmək mümkün olmayıb.