“Mimino” filminin bəstəkarı vəfat etdi

mimino-filminin-bestekari-vefat-etdi
Oxunma sayı: 1084

“Mimino”(1977) və “Kin-dza-dza” (1986) kimi sovet filmlərinin bəsətkarı, gürcü əsilli Qiya Kançeli vəfat edib.

“Qafqazinfo”nun “sputnik Gürcüstan”a istinadən verdiyi xəbərə görə, həm də pianoçu və pedaqoq kimi fəaliyyət göstərən Kançeli uzun sürən xəstəliyindən sonra 85 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Qiya Kançeli SSRİ-nin Xalq artisti, Gürcüstanın Dövlət mükafatı laureatı idi. O, 1993-cü ildən Belçikada yaşayırdı.