UEFA Avropa Çempionatında iştirak edəcək ən yaşlı futbolçuların siyahısını hazırlayıb. “Qafqazinfo” xəbər verir ki, qitə birinciliyində 552 oyunçu iştirak edəcək.
Onlardan 21 nəfərinin yaşı 35-i keçib. Qitə futbol qurumu həmin 21 futbolçu içərisindən ən yaxşı qocaları seçib.
Qapıçı: Canluici Buffon (İtaliya).
Müdafiəçilər: Rezvan Rat (Rumıniya), Rikardo Karvalyo (Portuqaliya), Andrea Barzaqli (İtaliya), Patris Evra (Fransa).
Yarımmüdafiəçilər: Anatoli Timoşuk (Ukrayna), Luçan Sınmertean (Rumıniya), Tomaş Rositski (Çexiya).
Hücumçular: Aris Aduris (İspaniya), Eydur Qudyonsen (İslandiya), Robbi Kin (İrlandiya).

Son xəbərlər
Son Xəbərlər