Min dollarlıq uşaq arabasını oğurladı

min-dollarliq-usaq-arabasini-ogurladi
Oxunma sayı: 2907

Bakının Nəsimi rayonu ərazisində oğurluq olub.   

DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə rayon ərazisindəki evlərin birinin girişindən 1000 ABŞ dolları dəyərində uşaq arabasının oğurlanması barədə məlumat verilib.  

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğuruq əməlini törətməkdə şübhəli bilinən Balakən rayon sakini, əvvəllər məhklum olunmuş K.Saramanov müəyyən edilərək saxlanılıb. 

Araşdırma aparılır.