Mina partladı, azyaşlı bacı-qardaş yaralandı - Yenilənib

mina-partladi-azyasli-baci-qardas-yaralandi
Oxunma sayı: 5427

Qazaxda qardaş və bacı qəlpə yarası alıb.

“Qafqazinfo”nun xəbərinə görə, rayonun Quşçu Ayrım kənd sakini olan qardaş və bacı - 12 yaşlı Cavad Nuriyev və 14 yaşlı Nabat Nuriyeva qoyun otaran zaman naməlum əşya tapıblar.

Onunla oynayan zaman əşya partlayıb və onlar xəsarət alıblar. Hər iki azyaşlı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

“Qafqazinfo”nun məlumatına görə, uşaqlar mina partlayışı zamanı yaralanıblar.

Onlar həmin əraziyə oynamaq üçün gedibmişlər.

Xəsarət alanlar təcili xəstəxanaya yerləşdirilib.

Qızın vəziyyəti yaxşıdır. C.Nuriyevin isə sağ əl və üz nahiyəsindən müxtəlif xəsarətlər aldığı bildirilir.

Elmar Əli

Amin Nəzərli