Minalanmış ərazi olduğunu bildirən işarəyə məhəl qoymayıblar

minalanmis-erazi-oldugunu-bildiren-isareye-mehel-qoymayiblar
Oxunma sayı: 5052

Füzulinin Aşağı Seyidəhmədli kəndi ərazisində minaya düşərək həlak olan şəxslərin minalanmış ərazi olduğunu bildirən işarəyə məhəl qoymayaraq hərəkəti davam etdirdikləri məlum olub.

"Qafqazinfo" xəbər verir ki, bu barədə DİN və Baş Prokurorluğun yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, noyabrın 28-də vətəndaşlar Ş.Hacıyev, F.Hacıyev, Z.Adilzadə və Z.Hüseynov “Toyota Land Cruizer” markalı 90-BL-558 dövlət nömrə nişanlı avtomobillə Fizuli rayonunun Qorqan və Aşağı Seyidəhmədli kəndləri arasında minalanmış ərazi olduğunu bildirən işarəyə məhəl qoymayaraq hərəkəti davam etdirib, nəticədə tank əleyhinə minaya düşərək həlak olublar.