Minalar aşkarlandı

minalar-askarlandi
Oxunma sayı: 657

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu gün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində  aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb.

ANAMA-dan “Qafqazinfo”ya verilən məlumata görə, gün ərzində 1 201 ədəd qəlpə, 1 ədəd partlamamış hərbi sursat (PHS) (PQ-7VL raketi) və 2 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.
 
Nəticə etibarilə 17 413 kv.m (1.74 ha) ərazi tam təmizlənib, 18 300 kv.m (1.83 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb. Beləliklə, cəmi 35 713 kv.m (3.57 ha) ərazi təmizlənib.