“Minaların yaratdığı insan itkisinə son qoymalıyıq”

minalarin-yaratdigi-insan-itkisine-son-qoymaliyiq
Oxunma sayı: 711

Azərbaycan XİN Beynəlxalq Mina Xəbərdarlığı Günü ilə bağlı paylaşım edib.

“Qafqazinfo”nun məlumatına görə, XİN-in rəsmi tviter hesabında edilən paylaşımda deyilir:

“Bu gün Beynəlxalq Mina Xəbərdarlığı Günüdür. Ermənistan da daxil olmaqla minaları fərq qoymadan basdıranlar və onların zərərsizləşdirilməsində  əməkdaşlıqdan imtina edənlər məsuliyyətə cəlb edilməlidirlər. Biz onların yaratdığı böyük insan itkisinə son qoymalıyıq”.