Minalı ərazidə dəmir yığarkən tutuldular

minali-erazide-demir-yigarken-tutuldular
Oxunma sayı: 953

İşğaldan azad edilmiş ərazilərə icazəsiz daxil olan 3 nəfər həbs edilib.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Qafqazinfo"ya verilən məlumata görə, idarə etdikləri avtomobillə işğaldan azad edilmiş ərazilərə nəzarət postlarından kənar yollarla və icazəsiz daxil olan 3 nəfər Bərdə rayon sakini müəyyən edilib. Həmin şəxslər minalardan tam təmizlənməyən ərazilərdə dəmir tullantıları yığarkən aşkar olunub və təhlükəli ərazidən çıxarılıb. 

Həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbir görülməsi üçün saxlanılaraq RPŞ-yə gətirilib. Barələrində toplanmış materiallar məhkəməyə göndərilib və onların hər biri 10 gün müddətinə inzibati qaydada həbs edilib.