Minasyanın qardaşı nazir təyin olundu

minasyanin-qardasi-nazir-teyin-olundu
Oxunma sayı: 2903

Ermənistanda ədliyyə naziri vəzifəsinə təyinat olub.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, müvafiq Qərarı ölkə Prezidenti Vaaqn Xaçaturyan imzalayıb.

Bu vəzifə Qriqor Minasyana həvalə olunub.

Qeyd edək ki, o, Karen Andreasyandan sonra nazirliyə müvəqqəti başçılıq edirdi. Bazar günü nazirin müavini vəzifəsindən azad olunmuşdu.

Q. Minasyan Ermənistanın Vatikandakı eks-səfiri Mikael Minasyanın (2013-2018) doğma qardaşıdır.