Minatəmizləmə Agentliyinin nizamnamə fondunun məbləği artırıldı

minatemizleme-agentliyinin-nizamname-fondunun-meblegi-artirildi
Oxunma sayı: 2009

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin nizamnamə fondunun məbləği artırılıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

Sənədə əsasən, Agentliyin nizamnamə fondu 2 209 512,9-a (iki milyon iki yüz doqquz min beş yüz on iki manat doxsan qəpik) müəyyənləşib.

Qeyd edək ki, daha əvvəl Agentliyin ilkin nizamnə fondu 100 000 (yüz min) manat olub.