Minaya düşənlər hansı şirkətin əməkdaşlarıdır?

minaya-dusenler-hansi-sirketin-emekdaslaridir
Oxunma sayı: 2655

Xəbər verdiyimiz kimi, dekabrın 9-u Şuşa rayonu ərazisində 2 nəfər mülki şəxs minaya düşüb.

Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, faktla bağlı prokurorluq orqanları tərəfindən aparılan ilkin araşdırma  ilə müəyyən edilib ki, “Voltac” podratçı şirkətinin əməkdaşı, 1999-cu il təvəllüdlü Orxan Xanatov və “Cengiz İnşaat” MMC-nin əməkdaşı, 1992-ci il təvəllüdlü Vüsal Qəndiyev qeyd edilən ərazidə təmir tikinti işləri apararkən minaya düşmələri nəticəsində həlak olublar.

Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə intensiv istintaq hərəkətləri həyata keçirilir.

Həmçinin oxuyun: Daşaltıda 2 nəfər minaya düşərək həlak oldu