Minaya düşərək şəhid olan hərbçimiz dəfn edildi - Foto

minaya-duserek-sehid-olan-herbcimiz-defn-edildi
Oxunma sayı: 3754

Martın 4-də xidməti vəzifəsini yerinə yetirərkən ermənilərin basdırdığı minaya düşərək həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu 1995-ci il təvəllüdlü Hüseynov Kamran Namiz oğlu dəfn olunub.

“Qafqazinfo” xəbər verir ki, şəhid baş leytenant dünən Neftçala şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Şəhid hərbçimizin fotosunu təqdim edirik: