Minə yaxın turistin qaldığı otel karantinə alındı

mine-yaxin-turistin-qaldigi-otel-karantine-alindi
Oxunma sayı: 2208

İspaniyanın Kanar adalarındakı oteldə İtaliyadan gəlmiş bir həkimdə koronavirus aşkarlanıb.

“Qafqazinfo” TRT Haber-ə istinadən xəbər verir ki, minə yaxın turistin qaldığı otel dərhal karantinə alınıb. Bu, artıq İspaniyada qeydə alınan 3-cü yoluxma hadisəsidir.

Qeyd edək ki, bundan əvvəl Yaponiyada bir gəmi eyni səbəbdən karantinə götürülmüşdü.

Orxan Məmməd