Mingəçevir cinayətinin üstü açılıb

mingecevir-cinayetinin-ustu-acilib
Oxunma sayı: 649

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin birgə yaydığı məlumatda bildirilir ki, cari il iyunun 27-də Mingəçevir şəhər sakini, Xəyalə Xəlilovanın üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

Fakta görə həmin tarixdə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

“İsti izlər”lə müəyyən edilib ki, həmin cinayəti aralarında yaranmış şəxsi münasibətlər zəminində qisas almaq niyyəti ilə həmyerlisi Qurbani Şəfiyev törədib.

Aparılan təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Şəfiyev yaxalanıb. O, ifadəsində X.Xəlilovanı balta ilə baş nahiyəsindən vuraraq qəsdən öldürdüyünü, həmçinin mənzildən “Nokia” markalı mobil telefonu götürərək hadisə yerindən qaçıb gizləndiyini təsdiq edib.

Q.Şəfiyev təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində həbs qətimkan tədbiri seçilib.