“Mingəçevir İES-in auditi aparılmalıdır”

mingecevir-ies-in-auditi-aparilmalidir
Oxunma sayı: 3325

“İlkin rəylər olsa da, qəzanın səbəbləri araşdırılmalıdır. Bundan başqa, qəza nəticəsində ümumi sistemin sıradan çıxması ciddi faktdır. Əlavə tədbirlər görülməlidir ki, gələcəkdə hər hansı qəza baş verərsə, ümumi sistemə təsiri olmasın. Yəni, qəza lokal xarakter daşısın”.

“Qafqazinfo”nun məlumatına görə, bunu prezident İlham Əliyev bu gün ölkənin enerji sistemindəki son vəziyyətlə əlaqədar keçirdiyi müşavirədə deyib.

Dövlət başçısı qeyd edib ki, hadisənin araşdırılması üçün beynəlxalq auditin cəlb edilməsi tədbirlər planına salınmalıdır:

“Bu, çox vacibdir. Həm Mingəçevir İES-in tam təftişi və auditi aparılmalı, həm də ölkəmizin bütün enerji sistemi beynəlxalq aparıcı qurumlar tərəfindən təhlilli aparılmalı və təkliflər verilməlidir”.