Mingəçevir su anbarında çimən şəxs boğulub.
“Qafqazinfo”nun məlumatına görə, hadisə anbarın ərazisində yerləşən çimərlikdə baş verib.
Belə ki, Gəncə şəhər sakini, 2001-ci il təvəllüdlü Ramiz Kazımov ailəsi ilə birgə Mingəçevirə istirahətə gedib, su anbarında çimərkən boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.