Mingəçevirdə 81 yaşlı kişi tüstüdən zəhərlənib öldü - Video

mingecevirde-81-yasli-kisi-tustuden-zeherlenib-oldu
Oxunma sayı: 767

Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 20 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. 

FHN-dən “Qafqazinfo”ya verilən məlumata görə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 4 nəfər xilas edilib.

Həmçinin Mingəçevir şəhərində yaşayış binasının 3-cü mərtəbəsində baş vermiş yanğın zamanı tüstüdən boğulmuş 1940-cı il təvəllüdlü Sərxanov Tofiq Şahlar oğlunun və İsmayıllı rayonunun Zərgəran kəndində torpaq uçqunu altında qalmış 1967-ci il təvəllüdlü Əliyev Vahid Dursunəli oğlunun meyitləri çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.