Mingəçevirdə ağır qəza, yaralılar var

mingecevirde-agir-qeza-yaralilar-var
Oxunma sayı: 1057

Mingəçevir şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə axşam saatlarında şəhərin M.Maqomayev prospektində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili kəsişmədə "VAZ 2112" markalı avtomobilə çırpılıb.

Nəticədə üç nəfər xəsarət alıb. Yaralılar Mingəçevir Mərkəzi Xəstəxansına çatdırılıblar. Onlardan birinin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.